Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir - YENİLƏNİB + FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “Honeywell” şirkətinin baş icraçı direktoru Vimal Kapur ilə görüşüb.
Bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib.
“Şirkətin ölkəmizlə əməkdaşlığı, təqdim edilən innovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti və iqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkili barədə fikir mübadiləsi apardıq”, - M.Cabbarov bildirib.
09:09
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “McKinsey Company” şirkətinin tərəfdaşı ilə görüşüb.
Bu barədə nazir rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“Davos İqtisadi Forumu çərçivəsində “McKinsey Company” şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində potensial tərəfdaşlıqlar, biznes mühitinin və insan kapitalının innovativ əsaslarla inkişafı istiqamətində şirkətlə əməkdaşlıq və iqtisadiyyatda rəqəmsal transformasiyanın perspektivləri barədə danışdıq”.
Mənbə: gundem.az