Röyanın son paylaşımı GÜNDƏM OLDU - Həyat yoldaşı Anar Cəlilovla... + VİDEO
Xalq artisti Röya Ayxanın son paylaşımı gündəm olub.
Gundem.az bildirir ki, ifaçı keçmiş həyat yoldaşı Anar Cəlilovla arxiv görüntülərini izləyiciləri ilə bölüşüb. O, sözügedən videoya “köhnə xatirələr”, - qeyd edib.
Görüntülərdə həmçinin müğənni Rəhim Rəhimov da olub. Burada sənətçinin həmkarı ilə duet oxuduğu görünüb.
Xatırladaq ki, Röya Ayxan Anar Cəlilovla 2008-ci ildə evlənib. Onların bu evlilikdən Hüseyn adlı övladları var. Cütlük 2014-cü ildə boşanıb. ( Sfera.az)
Mənbə: gundem.az