Image

Neymara görə PSJ klubunda axtarışlara BAŞLANILDI - TƏFƏRRÜAT

Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi hücumçu Neymarın PSJ-yə transferi zamanı yol verilən vergi pozuntuları ilə bağlı axtarışlar aparıb.

Gundem.az bildirir ki, bu barədə “Sport24” məlumat yayıb.

Axtarışlar 2017-ci ildə Neymarın transferi zamanı PSJ-yə vergi güzəştlərinin verilməsi ilə bağlı şübhələr çərçivəsində aparılıb.

Paris klubu braziliyalı futbolçunu "Barselona"dan 222 milyon avroya- rekort qiymətə alıb.

Qeyd edək ki, Neymar hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusudur. (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq