ABŞ-ın İraqdakı bazasına dronla hücum edilib
ABŞ-ın İraqda yerləşən bazasına pilotsuz təyyarə hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ-ın bölgədəki konsulluğu bununla bağlı həyəcan təbili çalıb.
Bildirilir ki, zərbə İraqın Ərbil şəhərindəki hava limanı ərazisinə endirilib.
Qeyd edək ki, dekabrın 20-dən yaraqlılar ABŞ-ın Suriya və İraqdakı hərbi obyektlərinə altı hücum həyata keçirib. Oktyabrın əvvəlində isə ABŞ bazalarına 90-dan çox hücum qeydə alınıb.
Cavid Babayev BAKU.WSMənbə: baku.ws