Brilliant Dadaşova bələdiyyədən şikayət etdi - VİDEO
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında problemini işıqlandırıb.
BAKU.WS xəbər verir ki, o Xəzər rayonu Buzovna qəsəbəsinin bələdiyyəsindən şikayətçidir.
Belə ki, Dadaşova sözügedən yolların baxımsız vəziyyətini lentə alaraq şəxsi instaqram hesabında yayımlayıb. Problemin həll edilməsini istəyib:
"Hörmətli Buzovna bələdiyyəsi, biz tərəfin də yollarına baxın" - deyə, Xalq artsti qeyd edib.
Sözügedən videonu sənətçi əvvəl instaqram hesabının hekayə bölümündə, daha sonra isə post olaraq paylaşıb.
BAKU.WS həmin videonu təqdim edir:
BAKU.WSMənbə: baku.ws