Bakıda ağaca çırpılan avtobusda xəsarət alanların SON VƏZİYYƏTİ
19.01.2024-cü il tarixində saat 09:54 radələrində Nizami rayonunda avtobusun ağaca çırpılması səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə BAKU.WS-ə TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 3 nəfər (1 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli olmaqla) xəsarət alıb. Xəsarət alanlar aşağı ətrafların travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar. Hər birinə müvafiq tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu ağaca çırpılıb. Qəza nəticəsində sürücü və 5 sərnişin yüngül xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisənin dəqiq səbəbi hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq.
Banu Hüseynli BAKU.WSMənbə: baku.ws