Image

Tovuzda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

1955-ci il təvəllüdlü S. Həsənov, 1989-cu il təvəllüdlü E. Həsənov, 1960-cı il təvəllüdlü G. İbrahimova və A. Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb