Image

Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb

Bu gün saat 11:30 radələrində Bakı metrosunun "20 Yanvar" stansiyasının platformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.Bu barədə Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb