Image

Paytaxtın burnu yerlə sürünən sərnişin avtobusu - VİDEO

Paytaxt küçələri ilə burnu yerə dəyən sərnişin avtobusu hərəkət edir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Yayımlanan videodan görünür ki, Cavadxan küçəsi, 1 - Masazır marşrutu üzrə hərəkət edən 525 saylı sərnişin avtobusu tamamilə sağ tərəfə əyilmiş vəziyyətdə hərəkət edir ki, bu da sərnişinlərin həyatı üçün təhlükə deməkdir.

Sosial şəbəkə istifadəçiləri də sərnişin avtobusunun bu cür məsuliyyətsiz şəkildə idarə olunmasından narazılıqlarını bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi bildirib ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti