Küçəyə çıxanların saçı dondu - Şaxtalı hava həyatı iflic etdi - VİDEO
ABŞ-də qar çovğunu və şaxtalı hava nəticəsində ölənlərin sayı 59-a çatıb.
BAKU.WS xəbər verir ki, ağır hava şəraiti minlərlə evi işıqsız qoyub. Xeyli sayda avireys ləğv edilib.
Tennessee, Nyu York, Arkansas, Kansas, Oregan və Mississippi kimi ştatlarda həyat iflic olub.
Kolorado ştatında küçəyə çıxan sakinlərin şaxtadan saçları donub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İzləyicilər gördükləri video qarşısında xeyli təəccübləniblər. Yayılan videoda tövlələrin buz bağladığı da əks olunub.
BAKU.WS həmin görüntüləri təqdim edir:
BAKU.WSMənbə: baku.ws