Image

Azərbaycanın 3 atleti olimpiadaya lisenziya xarakterli yarışda final mərhələsinə yüksəlib

Azərbaycanın 3 atleti Qazaxıstanın Ust Kameniqorsk şəhərində keçirilən “Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarış”da final mərhələsinə yüksəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunlar İlahə Quliyeva, Lamiyə Vəliyeva və Əlhəm Nağıyevdir.

Qadın atletlər 400 m, Ə.Nağıyev isə 60 m məsafəyə qaçışda bunu reallaşdırıb.

Qeyd edək ki, turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti