Image

Bir həftədə 165 yanğınla bağlı FHN-ə müraciət olunub

Ötən həftə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ölkə ərazisində 165 yanğın hadisəsinə çıxış edib, 43 fakt üzrə isə köməksiz vəziyyətdə qalma halları ilə bağlı qəza-xilasetmə əməliyyatları aparılıb.Bu barədə nazirlikdən bildirilib. 

Nazirliyin məlumatına görə, həftə ərzində 12-si azyaşlı olmaqla 55 nəfər xilas edilib, 13-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub. Hadisələr zamanı 2 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti isə bağlı qapı arxasında aşkar edilib.

FHN təhlükəsizlik qaydalarına əməl olunmasına çağırışını yeniləyib.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb