Image

Sabah Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Bakı Metropoliteni” QSC 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sabah gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə qurumdan bildirilib. 

Anım tədbirinin keçiriləcəyi “20 Yanvar” stansiyası, həmçinin Şəhidlər Xiyabanına yaxın **“İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq.

Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb