Nazir: “Üç il ərzində sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib” - FOTO
“Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından üç il ötür”. BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb. O bildirib ki, bu müddət ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1 336 daimi iş yeri yaradılıb. “Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7%-i (yəni 3,02 milyard manat) ixracın payına düşür”, - deyə nazir qeyd edir. BAKU.WSMənbə: baku.ws