Image

NATO gəmiləri Klaypeda limanına daxil oldu

NATO Hərbi Dəniz Qüvvələrinin 4 gəmisi Litvanın Klaypeda dəniz limanına daxil olub.

Gundem.az TASS-a istinadən xəbər verir ki, buna dair Baltikyanı ölkələrin ordu komandanlığı məlumat yayıb.

İspaniyanın “Almirante Juan De Borbon” və “Luici Rizzo” freqatları, həmçinin “Cantabria” (İspaniya) və “Bonn” (Almaniya) logistik gəmiləri Litva limanına daxil olub.

Xatırladaq ki, bir neçə gün öncə Baltikyanı ölkələr Rusiyaya qarşı müdafiə xətti çəkəcəkləri ilə bağlı bəyannamə imzaladıqlarını elan etmişdilər.

Xəbər lenti

"Brent" nefti ucuzlaşıb