Image

Qazaxıstanda zəlzələ nəticəsində xəsarət alanların sayı 44-ə çatıb - ZƏLZƏLƏ ANI/VİDEO

Qazaxıstan-Qırğızıstan sərhədindən baş verən 6,7 maqnitudalı zəlzələnin təkanları Qazaxıstanın Almatı şəhərində də hiss olunub.

Təkanlar nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, zərərçəkənlər arasında 10 uşaq var, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatıya səfər edəcək və orada şəhərdəki vəziyyətlə bağlı görüş keçirəcək. Məlumata görə, 3 nəfər evlərin pəncərələrindən tullanaraq xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Qəbul məntəqələrinin bütün gecə açıq olduğu şəhərdə məktəb və kolleclərdə dərslər ləğv edilib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti