"Barça"nın üzünü güldürən xəbər: İki həftə sonra yaşıl meydana qayıdır
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen iki həftədən sonra Kataloniya klubunun oyunlarına hazır olacağını bildirib.
Gundem.az xəbər verir ki, almaniyalı qolkiper ötən il dekabrın əvvəlində əməliyyat olunub və o vaxtdan reabilitasiya prosesi gedir.
Qeyd edək ki, qapıçı bu mövsüm turnirlərdə 17 matçda iştirak edib, səkkizində qapını təmiz saxlayıb.
Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Futbolçunun bazar dəyəri 35 milyon avrodur. (sfera.az)
Mənbə: gundem.az