Image

Hərbi təyyarə qəzaya uğradı - 8 nəfər yaralandı

Hindistanda Myanma ordusuna məxsus təyyarə uçuş-enmə zolağından çıxıb.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, Hindistana qaçan Myanma əsgərlərini götürməyə gedən hərbi təyyarənin uçuş zolağından çıxaraq sürüşməsi nəticəsində 8 nəfər yaralanıb.

Təyyarədəki 14 nəfərdən 8-nin yaralandığını qeyd edib.

Yaralıların xəstəxanaya çatdırıldığı bildirilsə də, onların vəziyyəti ilə bağlı məlumat paylaşılmayıb.

Qeyd edək ki, yanvarın 19-da 276  Myanma əsgərinin Hindistana sığındığı bildirilib.

Xəbər lenti

"Brent" nefti ucuzlaşıb