Məktəbin qarşısında öldürülən yeniyetmə ilə bağlı YENİ TƏFƏRRÜATLAR - VİDEO
Xəbər verdiyimiz kimi, iki yeniyetmə arasında dava düşüb. Nəticədə 11-ci sinif şagirdi bıçaqlanaraq öldürülüb.
Hadisə səhər saatlarında Gəncədəki 8 nömrəli tam orta məktəbin qarşısında baş verib.
Sonuncu sinif şagirdi olan Raul Rəhimovla mübahisə edən yaşıdı yeniyetmə ona 2 bıçaq zərbəsi vurub. Hadisədən sonra şagird xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanları tərəfindən də müvafiq addımlar atılıb.
BAKU.WSMənbə: baku.ws