Image

“Jirona” fırtınası davam edir: bu rekord da qırıldı

“Sevilya” üzərində inamlı qələbə (5:1) sayəsində “Jirona” klub tarixinin yeni rekordunu müəyyənləşdirib

Gundem.az xəbər verir ki, hazırda La Liqanın turnir cədvəlində komandanın 52 xalı var. Bu, Kataloniya təmsilçisinin tarixində rekord göstəricidir. Bundan əvvəl komandanın İspaniya çempionatındakı ən yaxşı nəticəsi debüt etdiyi 2017/2018 mövsümündə 51 xal olub.

“Jirona” mövsümün bitməsinə 17 tur qalmış rekord qırıb. Bu o deməkdir ki, komandanın bu nəticəni daha da yaxşılaşdırmaq üçün kifayət qədər imkanı var.

Mişelin rəhbərlik etdiyi komanda La Liqanın vahid lideridir.

Mənbə: gundem.az

Xəbər lenti