"Qarabağ"dan növbəti qələbə...
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Gundem.az axar.az-a istinadən xəbər verir ki, turun son oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun əvvəlki oyunlarında "Sabah" "Neftçi" ilə, "Səbail" "Zirə" ilə qolsuz heç-heçə edib. "Kəpəz" "Turan Tovuz"a 2:1, "Sumqayıt" isə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Qarabağ" başçılıq edir. "Zirə" 30 xalla 2-ci, eyni xala malik "Sumqayıt" isə 3-cüdür. 29 xalı olan "Neftçi" dördüncü pillədə qərarlaşıb.
Mənbə: gundem.az