Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, hazrıda Bakıda və Abşeron yarımadasında qar yağıb, axşama doğru tədricən kəsiləcək: "Havanın temperaturu 1 dərəcə isti qeydə alınır. Axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görüş məsafəsi məhdudlaşacaq. Gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərdə, yolların buz bağlayacağı ehtimal olunur". G.Məmmədov qeyd edib ki, bölgələrdə də yağıntılar davam edir: "Bəzi yerdə qar yağır, ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur". O qeyd edib ki, yanvarın 25-də paytaxtda, eləcə də bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. BAKU.WSMənbə: baku.ws