Image

Quba-Xınalıq yolunun son görüntüləri - VİDEO

Azərbaycanda qarlı hava şəraiti davam edir.

BAKU.WS xəbər verir ki, Quba-Xınalıq yolu yağan güclü qar səbəbindən buz bağlayıb.

Ağ örpəyə bürünən sıldırım qayalı yollar vizual möhtəşəmlik ərsəyə gətirib. 

Xatırladaq ki, yanvarın 24-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensiv olub.

Qubada qar örtüyünün hündürlüyü 11 sm-ə çatıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti