Atdan yıxılan məşhur aktyor: "Yaddaşımı itirdim" - FOTO
“Mehmed Fetihler Sultanı” serialının aktyoru Sinan Albayrak çəkiliş meydanında qəza keçirib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor Kemerburgazda atdan yıxılıb.
Bu barədə o sosial şəbəkə hesabında bildirib.
"Kiçik qəza keçirdim. Bir müddət yaddaşımı itirdim. Xəsarətlər də aldım. Qısa müddətdə sağalamağa çalışıram. Mənimlə maraqlanan, narahat olan hər kəsə təşəkkür edirəm" - deyə, Sinan qeyd edib.
BAKU.WS