Image

"Mənə bütün mövzularda sual vermək olar, amma...” - Namiq Qaraçuxurlu

Meyxanaçı Namiq Qaraçuxurlu teleproqramlardan birində maraqlı açıqlama verib.

Gundem.az xəbəri verir ki, o  pul üçün dəli olmadığını, sənətdən çox ailəsinə vaxt ayırmağa üstünlük verdiyini deyib.

"Bəziləri 3-4 gün pul qazanmayanda dəli olur. Mən o insanlardan deyiləm".

"Trend olan hadisələrdən qaçıram. Kimsə orada zirvə tapır, kimsə biabır olur. Trend həvəskarı olmaq qorxuludur”, - deyən meyxanaçı jurnalistlərlə münasibətlərindən də danışıb: 

"Mənə bütün mövzularda sual vermək olar, amma cavab almaq yox. Şəxsi həyatdan başqa, xüsusi qadağam yoxdur. Hər mövzuda danışıram". (Lent.az)

Mənbə: gundem.az

Xəbər lenti