Image

Çində çoxmərtəbəli yaşayış binasında yanğın - 39 ÖLÜ, 9 YARALI

Çində yaşayış binasında xeyli insan ölümünə səbəb olan yanğın baş verib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Tszyansi əyalətinin Sinyuy şəhərində yanan binada 39 nəfər həlak olub. 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. 120 yanğınsöndürən alovu ram etməyə çalışıb. Şahidlər yanğının zirzəmidən başladığını qeyd ediblər. Hazırda binada qalanların təxliyə prosesi davam etdirilir. Çoxmərtəbəli binanın hansı səbəbdən alovlandığı hələ ki, bilnmir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.  BAKU.WS

Xəbər lenti