Göyərtəsində 16 türkün olduğu gəminin batma anı: "Allahım batırıq!" - VİDEO
16-sı türk olan 21 dənizçi olan gəminin Şanxay sahillərində batma anının görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, görüntülərdə türk dənizçilərindən birinin “Allahım batırıq!”, - deyə qışqırdığı əks olunur.
Qeyd edək ki, Şanxay sahillərində Marşal bayraqlı “Omeqa” gəmisi “Mirabella” adlı gəmi ilə toqquşaraq batıb. Gəmidə 16-sı türk olan 21 dənizçi digər gəminin ekipajı tərəfindən xilas edilib.
Hazırda onların təxliyəsi üzrə işlər aparılır. Xilas edilənlərin vəziyyətinin yaxşı olduğu vurğulanıb.
Cavid Babayev BAKU.WSMənbə: baku.ws