Ana olmamaq üçün 10 illik ərindən ayrıldı - FOTO
Amerikalı aktrisa Sofiya Verqaranın sevgilisi Co Maqanello ilə ayrılmasının səbəbi açıqlanıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktrisa ispaniya qəzeti "El Pais"ə danışıb. Sofia bildirib ki, boşanmaq onlar üçün çox çətin qərar olub: "Boşanmaq kimi çətin qərar aldıq. Bir-birini sevən iki insanın bu qərarı almağı çox çətin idi. Mətbuatdan da bu qərarımıza hörmət etməsini istəyirik. O mənim ikinci həyat yoldaşım idi. Ərim daha gənc olduğu üçün evliliyimiz pozuldu. O istəyirdi ki uşağı olsun. Mən isə yaşlı ana olmaq istəmirdim. Bu uşaq üçün adil bir qərar olmazdı. Bunu kim edərsə etsin normal qarşılayıram. Amma mən bunu edə bilmərəm. 19 yaşımda ilk evliliyimdən bir oğlum dünyaya gəldi. Hazırda onun 32 yaşı var. Mən ana deyil nənə olmağa hazıram". Qeyd edək ki, Sofiya Verqara sevgilisi Co Maqanello ilə 2014-cü ildə tanış olub. Cütlük bir neçə ay əvvəl boşanıb. Sofiya Verqara "Modern Family" serialı ilə tanınıb. O bu günə qədər "Qızıl qlobus" və "Emmy" kimi prestijli mükafatlara layiq görülüb. BAKU.WS



