Türkiyədə hərbi təyyarə təcili eniş edib - ANBAAN VİDEO
Türkiyənin Milli Müdafiə Nazirliyi C-160 təyyarəsinin təcili eniş etməli olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, təlim üçün havaya qalxan C-160 təyyarəsinin texniki nasazlıq səbəbindən təcili eniş etdiyi bildirilib.
Nazirliyin məlumatına görə, Kayseri 12-ci Hava Nəqliyyatı Baza Komandanlığından təlim üçün havaya qalxan C-160 təyyarəsi texniki nasazlıq səbəbindən təcili eniş etməli olub.
Təyyarəyə kiçik ziyan dəyib. Pilotların və ekipajın səhhəti yaxşıdır.
BAKU.WSMənbə: baku.ws