Image

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.

ADY-dən verilən məlumata görə, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.

Mənbə: anews.az

Xəbər lenti

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb