Image

Türkiyə ordusu 1 həftəyə 82 terrorçu zərərsizləşdirib

Türkiyə ordusu son 1 həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla keçirilən əməliyyatlarda 82 terrorçunu zərərsizləşdirib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin sözçüsü açıqlama yayıb.

Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk bu barədə açıqlama verib:

“PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ terror təşkilatları başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı fasiləsiz və uğurla həyata keçirilən əməliyyatlarla İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə 82 terrorçu zərərsizləşdirilib.

1 yanvar 2023-cü il tarixinə bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 2 min 478-ə çatıb. Həmçinin bu həftə 3 PKK terrorçusu Haburdakı sərhəd məntəqəmizə təslim olub. Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır”.

BAKU.WS

Xəbər lenti