Müğənninin fanatı 5 gündə 3 dəfə həbs edildi - SƏBƏB... - FOTO
Məşhur müğənni Teylor Svifti narahat edən fanatı 5 gün ərzində 3 dəfə həbs edilib.
BAKU.WS "NBC New York"a istinadən xəbər verir ki, Devid Krou adlı şəxs 30 dəfə sənətçinin Nyu Yorkdakı evinə girmək istəyib.
Ona 10 dəfə xəbərdarlıq edilib. Devid Krou haqsız yerə həbs edildiyini bildirib. Krounun sənətçinin evinə hücum etdiyi zaman Teylorun evdə olub-olmadığı isə hələ ki bəlli deyil.
Qeyd edək ki, "Forbes"un "Ən güclü qadınları" siyahısında 5-ci olan Teylor svift eyni zamanda "Time" jurnalı tərəfindən də "İlin adamı" seçilib.
BAKU.WS