“Qarabağ”da ayrılıq yaşandı - FOTO
“Qarabağ” futbol akademiyasında baş məşqçi ayrılığı gerçəkləşib.
Gundem.az xəbər verir ki, “atlılar”ın U-15 komandasının baş məşqçisi Rakif Əliyev işindən ayrılıb. O, feysbuk hesabında öz istəyi ilə klubu tərk etdiyini bildirib:
“Bu gün öz istəyimlə “Qarabağ” akademiyasından ayrıldım. Komandamla ölkə çempionu və Türkiyədə beynəlxalq turnirdə çempion olduq. Bunun üçün çox şadam. Bu gün də komandamı 1-ci pillədə təhvil verdiyim üçün bütün futbolçularıma “çox sağ ol” deyirəm”.
“Qarabağ” U-15 Liqada keçirdiyi 16 oyundan sonra 45 xalla liderdir.

Mənbə: gundem.az