Image

Ərdoğandan İsveçə “YAŞIL İŞIQ”: Yekun QƏRAR VERİLDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü rəsmən təsdiqləyib.

Gundem.az bildirir ki, bu barədə prezidentin fərmanı hökumətin rəsmi qəzetində dərc olunub.

Beləliklə, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi prosesi başa çatıb.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci ildə Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya 2023-cü ildə blokun 31-ci üzvü olub. Türkiyə parlamenti isə İsveçin NATO-ya üzvlüyünü yanvarın 23-də təsdiqləyib. Rəsmi Stokholmun NATO üzvünə çevrilməsi üçün indi ancaq Macarıstanın ratifikasiyasına ehtiyacı var.

Mənbə: gundem.az

Xəbər lenti