Azərbaycanda bu universitet MMC-yə çevrildi
Xəzər Universiteti təşkilati-hüquqi formasını dəyişdirib.
BAKU.WS xəbər verir ki, universitetdən Trend-ə verilən məlumata görə, təhsil müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.
Xatırladaq ki, Xəzər Universiteti 1991-ci il martın 18-də yaradılıb. Universitet Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 8 kampus və 13 binada fəaliyyət göstərir.
BAKU.WSMənbə: baku.ws