Image

Türkiyədə kənd sakini həftəyə 10-13 qram qızıl tapır - FOTO

Türkiyədə Zonguldakda Alaplı və Yığılca arasındakı dərədə qızıl tozu aşkarlanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, İsmail Uslu adlı şəxs artıq iki ildir ki, qeyd edilən ərazidən qızıl çıxardığını bildirib.

68 yaşlı İsmail bu hobbinin onu maddi çətinliklərdən xilas etdiyini deyib.

O qızılı palçıqlı suların içindən axtarıb tapır. İsmail əvvəllər ovçuluqla məşğul olub. Amma o daha heyvanları ovlamadığını, çayxanada boş vaxt keçirmək əvəzinə gəlib dərədə qızıl axtardığını bildirib. İsmail qızılı tapmaq üçün bahalı alətlərdən istifadə edir.

O həftəyə təxmini 10-13 qram qızıl tapır. 

 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb