Image

Yeni edam üsulu: İlk dəfə tətbiq edildi

ABŞ-də saf azotdan istifadə edilən edam həyata keçirilib. Bu, belə yolla ilk edam hadisəsidir.z

Gundem.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Alabama ştatının baş prokuroru Stiv Marşal məlumat verib.

1988-ci ildə həyat yoldaşını öldürməkdə təqsirli bilinən 58 yaşlı Kennet Smit Alabama ştatının Atmor şəhərində azotda boğularaq edam edilib.

İddiaya görə, məhkumun fizioloji xüsusiyyətləri səbəbindən əvvəllər istifadə olunmayan edam üsuluna əl atmalı olublar. 2022-ci ilin noyabrında standart öldürücü inyeksiyadan istifadə edərək Smiti edam etməyə cəhd ediblər, amma uyğun damar tapa bilməyiblər.

Xəbər lenti