"Kızılcık Şerbeti"nin aktyorunun beyninə qan sızdı - FOTO
"Kızılcık Şerbeti" serialının aktyoru Settar Tanrıöğenin beyninə qan sızıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Bu barədə model Ebru Destan məlumat yayıb.
O bildirib ki, Settar Tanrıöğenin əməliyyatı uğurlu keçib.
Qeyd edək ki, uzun müddətdir ki, aktyorun yaddaşı tez-tez itir. Aparılan analizlər nəticəsində onun beynindəki damarların qanadığı aşkar edilir.
Xatırladaq ki, Settar Tanrıöğen bundan əvvəl "Kızılcık Şerbeti"nin çəkilişi zamanı infarkt keçirmişdi. O serialda Abdullah obrazını canlandırır.
BAKU.WS
