Qızından Aygün Kazımovaya ad günü sürprizi - VİDEO
Ötən gün Xalq artisti Aygün Kazımova 53 yaşını qeyd edib.
BAKU.WS xəbər verir ki, paytaxt restoranlarından birində keçirilən ad günü məclisində pop divanın tanışları, dostları və şou əhlinin tanınmış simaları iştirak ediblər.
Onlar arasında sənətçinin yeganə övladı, müğənni və DJ İlqarə Kazımova da olub. O anasına sürpriz edərək səhnədə onun üçün mahnı oxuyub. Xalq artisti isə qızı ilə birlikdə həm oxuyub, həm də rəqs edib.
Həmin anları məclisdə iştirak edən məşhurlar sosial şəbəkə hesablarında paylaşıblar.
BAKU.WSMənbə: baku.ws