Burak Yılmaz Superliqa klubuna baş məşqçi təyin olunub
Türkiyənin "Kayserispor" komandasının yeni baş məşqçisi məlum olub.
Superliqa təmsilçisi bu vəzifəyə Burak Yılmazı gətirib. Onunla 2,5 illik müqavilə imzalanıb.
Burak Yılmazın son iş yeri "Beşiktaş" olub.
Veteran futbolçu bu postda istefa verən Rəcəb Uçarı əvəzləyib.
Qeyd edək ki, "Kayserispor" turnir cədvəlində 26 xalla 12-ci pillədə qərarlaşıb.
BAKU.WS