Image

MSK sədri: "Erməniəsilli seçicilər səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli seçicilərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini bildirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur:

"Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermədə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur".

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti