İcra hakimiyyəti Xalq artistinin yolla bağlı ŞİKAYƏTİNƏ REAKSİYA VERDİ - VİDEO
Bir müddət əvvəl Xalq artisti Brilliant Dadaşovanın Buzovna yollarının görüntüsünü paylaşaraq baxımsız vəziyyətdə olmasından şikayətlənmişdi. Məsələ ilə bağlı Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə açıqlama verilib. Bildirilib ki, şikayətlə bağlı müvafiq zəruri tədbirlərin görülməsi məqsədilə Buzovna bələdiyyəsinə müraciət ünvanlanıb. Xatırladaq ki, bu il yanvarın 19-da Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında problemini işıqlandırıb. O Xəzər rayonu Buzovna qəsəbəsinin bələdiyyəsindən şikayətçidir. Belə ki, Dadaşova sözügedən yolların baxımsız vəziyyətini lentə alaraq şəxsi instaqram hesabında yayımlayıb. Problemin həll edilməsini istəyib. "Hörmətli Buzovna bələdiyyəsi, biz tərəfin də yollarına baxın" - deyə, Xalq artsti qeyd edib. BAKU.WSMənbə: baku.ws