SAXAL Qəzza zolağının şimalında HƏMAS-ın 12 batalyonunu məhv edib
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalındakı döyüşlərdə HƏMAS-ın 12 batalyonunu məhv edib.
BAKU.WS xəbər verir ki, ILTV telekanalına SAXAL-ın ehtiyatda olan mətbuat katibi Conatan Konrikus deyib.
"Biz indiyədək Qəzza zolağının şimalında uğurlu əməliyyatlar keçirmişik. Həmin istiqamətdə HƏMAS-ın 11-dən 12-dək batalyonunu zərərsizləşdirmişik. Bu yaxşı proqressdir", - deyə Konrikus bildirib.
O, yeni bir 7 oktyabrın təkrarlanmaması üçün HƏMAS-ın bütün imkanlarının məhv edilməsinin vacibliyini deyib.
BAKU.WSMənbə: baku.ws