Türk ordusu dünyada ən güclülər sırasında
Yaxın Şərqdə qarşıdurmalar və gərginlik artdıqca ölkələrin hərbi qüvvələri də əhəmiyyət kəsb edir.
2024-cü il hərbi güc reytinqində Türkiyə Yaxın Şərq regionunda ən güclü hərbi gücə malik ölkə oldu.
BAKU.WS xəbər verir ki, “Global Firepower 2024” araşdırmasına görə, Türkiyə Yaxın Şərqin ən güclü ordusuna malik ölkə kimi lider mövqedədir.
Eyni zamanda Türkiyə Silahlı Qüvvələri dünya reytinqində 8-ci yeri tutaraq ilk 10-luğa daxil olmağı bacarıb.
BAKU.WS