Image

Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var

Gəncədə yol nəqliyyat hadisəsi baş verib,iki avtomobil toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 2003-cü il təvəllüdlü Eldar Əliyev və 2002-ci il təvəllüdlü Teymur Zeynalov xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: anews.az

Xəbər lenti