Image

Baydendən GÖZLƏNİLƏN AÇIQLAMA: “Günahkarları cəzalandıracağıq” - FOTO

Bayden İordaniyadakı ABŞ hərbi bazasına hücumla bağlı brifinqdən paylaşım edib.

Gundem.az bildirir ki, o, komandasının üzvləri ilə fotosunu yayımlayıb.

“Bu gün milli təhlükəsizlik komandamın üzvləri əməliyyat otağında İordaniyanın şimal-şərqində ABŞ hərbçilərinə hücumla bağlı son məlumatları verdilər. Dediyim kimi, biz seçdiyimiz vaxtda və istədiyimiz vasitələrlə bütün günahkarları məsuliyyətə cəlb edəcəyik”, - Ağ Ev rəhbərinin bəyanatında qeyd olunub.

Qeyd edək ki, Vaşinqton İranı hücumda günahlandırsa da, Tehran bunu qəti şəkildə rədd edir. “Bloomberg” nəşri isə ABŞ-nin İrana qarşı gizli hərbi əməliyyat keçirməyi planlaşdırdığını yazıb.

Xatırladaq ki, yanvarın 28-i İordaniyanın şimal-şərqində pilotsuz uçuş aparatı ilə ABŞ hərbi bazasına hücum edilib. Hadisə nəticəsində 3 amerikalı əsgər həlak ölüb.

Son məlumata görə, xəsarət alan hərbçilərin sayı isə 34-ə çatıb. (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti