Kiyevə PUA hücumu oldu, inzibati bina yandı
Rusiya qoşunları Ukraynanın Kiyev vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Gundem.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində inzibati bina yanıb. Həmçinin binanın damının zədələndiyi qeyd olunub.
Məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.
Mənbə: gundem.az