Image

Bakının Suraxanı rayonunda elektrik verilişində məhdudiyyətlər olacaq

Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq, Report xəbər verir.

Məlumata görə, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində aparılan təmir işləri ilə əlaqədar saat 10:00–16:00 arası aşağıdakı küçələrdə enerji verilişi dayandırılacaq:

Əmircan qəsəbəsi — Səttar Bəhlulzadə küçəsi

Bülbülə qəsəbəsi — Çingiz Nəsirov, Nəriman Nərimanov, Vüqar Bədəlov küçələri

Azərişıq ASC bildirib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Mənbə: anews.az

Xəbər lenti