Image

Blinken bu həftə İsrailə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.

Gundem.az xəbər verir ki, Blinken bu şənbə günü axşam (3 fevral - red.) İsrailə gələcək.

ABŞ dövlət katibinin bazar ertəsinə qədər (5 fevral -red.) İsraildə olacağı və bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, bu, oktyabrın 7-də müharibənin başlamasından bəri Blinkenin İsrailə altıncı səfəridir. Onun sonuncu səfəri yanvarın 8-də baş tutub. (APA)

Mənbə: gundem.az

Xəbər lenti