Image

Türkiyədə brakonyer belə tutuldu - FOTO

Türkiyədə Təbiəti Mühafizə və Milli Parklar Şöbəsi qrupları meşədə gəzən brakonyeri dron vasitəsilə yaxalayıb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, hadisə Tunceli şəhərində baş verib.

Bildirilib ki, Vali Bülent Tekbıyıkoğlunun göstərişi ilə Tuncelidə yoxlamalarını artıran Təbiəti Mühafizə və Milli Parklar Tunceli şöbəsi qrupları vəhşi təbiəti izləmək və brakonyerliyin qarşısını almaq üçün dron və kamera tələləri ilə işlərini davam etdirir.

Bu çərçivədə Mazgirt rayonundakı Bulqurcular Dövlət Ov Sahəsində pilotsuz təyyarə ilə aparılan patrul xidməti zamanı bir ovçu kürəyində ov tüfəngi ilə meşədə gəzərkən aşkar edilərək saxlanılıb.

Ovçuya 10 min 689 lirə cərimə kəsilib, hamar lüləli ov tüfəngi müsadirə edilib.

BAKU.WS

Xəbər lenti